Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını azaldıb

Energetika
  • 19 may, 2025
  • 12:51
Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını azaldıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 6 milyon ABŞ dolları dəyərində 8,2 min ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 82 %, kəmiyyət olaraq 79 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 397 milyon ABŞ dolları dəyərində 527 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7 % az və 6 % çoxdur.

Bu ilin ilk 4 ayında Gürcüstana Rusiyadan 205 milyon ABŞ dolları dəyərində 289 min ton, Rumıniyadan 79 milyon ABŞ dolları dəyərində 103 min ton, Bolqarıstandan 63 milyon ABŞ dolları dəyərində 84 min ton, Türkiyədən 8,8 milyon ABŞ dolları dəyərində 6,7 min ton, Özbəkistandan 6,1 milyon ABŞ dolları dəyərində 10,2 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,19 milyard ABŞ dolları dəyərində 1,436 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.