Gürcü ekspert: “Cənub qaz dəhlizi”nin tezliklə işə düşməsi Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir”

Gürcü ekspert: “Cənub qaz dəhlizi”nin tezliklə işə düşməsi Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir” "Gürcüstan Azərbaycanda qaz hasilatının artmasında maraqlıdır"
Energetika
5 May , 2017 23:29
Gürcü ekspert: “Cənub qaz dəhlizi”nin tezliklə işə düşməsi Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir”

Tbilisi. 5 may. REPORT.AZ/ “Cənub qaz dəhlizi”nin tezliklə işə düşməsi Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Bu bizim təbii qaza olan tələbatımızın ödənilməsində mühüm rol oynacayaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Neft-Qaz Korporasiyasının analitiki, energetika sahəsində tanınmış ekspert Liana Çervalidze söyləyib.

O deyib ki, "qış mövsümündə Gürcüstanda enerji çatışmazlığı olur və bu çatışmazlığı biz, Azərbaycan qazı hesabına ödəyirik".

"Şahdəniz" konsorsiumu və Azərbaycan hökuməti tərəfindən imzalanan sazişə əsasən, Gürcüstan Azərbaycandan "mavi yanacağ"ın “Cənub qaz dəhlizi” vasitəsi ilə nəqlinə görə 5 faiz təbii qaz alacaq. Bu isə o deməkdir ki, “Cənub qaz dəhlizi” ilə Türkiyə və Avropaya ildə 16 milyard kubmetr qaz nəql olunanda, Gürcüstan bu daşınmalardan 800 milyon kubmetr qaz alacaq. Bu da Gürcüstanın daxili qaz bazarının əsaslı surətdə balanslaşdırılmasında mühüm rol oynayacaq. “Cənub qaz dəhlizi” genişləndikdən sonra isə bu kəmərlə ildə 30 milyard kubmetr qaz ötürüləcək. Biz isə tranzit haqqı olaraq bundan 1,5 milyon kubmetr “mavi yanacaq” alacağıq”, - deyə o əlavə edib.

Cervalidzenin sözlərinə görə, Gürcüstan gözləyir və maraqlıdır ki, Azərbaycanda qaz hasilatı artsın, habelə, Türkmənistan və digər qaz hasilatçısı olan ölkələr bu layihəyə qoşulsun. O bildirib ki, Türkmənistanın da bu layihəyə qoşulması Gürcüstanın Avropa bazarından öz layiqli payını almasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi