Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib

Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Energetika
25 Sentyabr , 2022 09:55
Goranboyun yaşayış məntəqələrinə elektrik enerjisinin nəqli bərpa edilib

Goranboyun kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən bildirilib. Qeyd edilir ki, enerjinin nəqlindəki fasilədən dərhal sonra təmir bərpa briqadaları əraziyə yollanıb. ASC əməkdaşlarının səyi nəticəsində bütün kəndlərin elektrik enerjisi təchizatı bərpa edilib

Qeyd edək ki, küləkli hava şəraiti səbəbindən dünən axşam rayonun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.

01:48

Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.

Qeyd edək ki, həmçinin Gəncə şəhər və ətraf rayonlarda da güclü külək müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi