Giorgi Kvirikaşvili: “SOCAR Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsində böyük işlər görür”

Giorgi Kvirikaşvili: “SOCAR Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsində böyük işlər görür” "Nəzərdə tutulan layihələr Gürcüstanın müxtəlif sahələrini əhatə edir"
Energetika
28 Sentyabr , 2016 16:32
Giorgi Kvirikaşvili: “SOCAR Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsində böyük işlər görür”

Tbilisi. 28 sentyabr. REPORT.AZ/ “SOCAR Azərbaycan və Gürcüstan dövlətləri və xalqlarımız arasındakı dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsində çox böyük işlər görüb. Biz bunu yüksək dəyərləndiririk”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili söyləyib.

Baş nazir deyib ki, SOCAR Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ən iri şirkətdir: Ölkə iqtisadiyyatının inkişafında mühüm işlər görüb. Bizim gələcək inkişafla bağlı çox böyük layihələrimiz var. SOCAR-ın da bu layihələrində iştirakından maraqlıyıq”.

“Nəzərdə tutulan layihələr Gürcüstanın müxtəlif sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanın və Gürcüstanın maraqlarına xidmət edir” - G.Kvirikaşvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi