Yuxarı

“SOCAR Petroleum” gələn il 25-dək CNG məntəqəsi açmağı planlaşdırır

​Gələn il “SOCAR Petroleum” daha 21-25 ədəd SNG açacaq

Gələn il ərzində “SOCAR Petroleum" QSC CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır: “Bu gün artıq 9 CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır. Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir”. 

Qeyd edək ki, hazırda 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.  Bu həftə ərzində “SOCAR Petroleum”  Bakıda və Abşeron yarımadasında daha 4 CNG yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi