Gələn il Azərbaycanda qaz hasilatının 40,2 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda qaz hasilatının 40,2 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır 2018-ci ilə nisbətən bu il ölkədə qaz hasilatında 19%, yəni 5,8 mlrd. kubmetr, qazın ixracında isə 25%artım gözlənilir. Gələn il qaz hasilatının 40,2 mlrd. kubmetrə, 2021-ci ildə isə 45 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır.
Energetika
19 Sentyabr , 2019 13:32
Gələn il Azərbaycanda qaz hasilatının 40,2 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır

"2018-ci ilə nisbətən bu il ölkədə qaz hasilatında 19%, yəni 5,8 mlrd. kubmetr, qazın ixracında isə 25%artım gözlənilir. Gələn il qaz hasilatının 40,2 mlrd. kubmetrə, 2021-ci ildə isə 45 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% çox, yəni 23,1 mlrd. kubmetr qaz hasil olunub.

Nazir qeyd edib ki, xaricə qaz satışı 7,2 mlrd. kubmetr olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3% çoxdur.

“Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində “Şahdəniz” qaz yatağı müstəsna rol oynayır. İstismara veriləndən indiyə kimi bu yataqdan 110,8 mlrd. kubmetr qaz, 26,8 mln. ton kondensat hasil edilib. 73,7 mlrd. kubmetr qaz isə ixraca nəql olunub. Yanvar-avqust aylarında hasil edilmiş qazın 10,9 milrd. kubmetri, kondensatın isə 2,3 mln. tonu “Şahdəniz” yatağının payına düşür. “Şahdəniz” yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8% çox, yəni 5,7 mlrd. kubmetr qaz satışı həyata keçirilib”,- nazir bildirib.

P.Şahbazov məlumat verib ki, “Şahdəniz” yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi