Etibar Pirverdiyev: "Qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək"

Etibar Pirverdiyev: "Qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək" "Azərenerji" ASC-nin prezidenti: "Bu gün Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil"
Energetika
20 Oktyabr , 2017 16:41
Etibar Pirverdiyev: Qarşıya qoyulan məsələlərin hamısı Azərenerji tərəfindən yerinə yetiriləcək
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev / Report/ Firi Salim

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Strateji Yol Xəritəsi üzrə işlər aparılır. Ancaq burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti və digər qurumlarla birgə çalışırıq. Ümid edirəm ki, qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.

E.Pirverdiyevin sözlərinə görə, Rusiya və Gürcüstana yeni 330 kV-luq paralel xətt çəkiləcək: "Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerjisi ixracını artıra biləcəyik. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Təbii ki, bunun üçün bəzi texniki işlərin görülməsi vacibdir. Bu gün Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhəddində sabit cərəyan qurğusu tikilməlidir. Bu, yarımstansiyadan daha ciddi qurğudur". 

"Rusiya ilə Azərbaycan arasında ikinci paralel xəttin çəkilməsi də gündəmdədir. Hazırda 1970-ci illərdə tikilmiş 330 kV-luq xətt fəaliyyət göstərir. Bu isə həmin enerjinin ötürülməsi üçün kifayət deyil. Gürcüstanla isə hazırda iki xətt vasitəsilə enerji mübadiləsi aparılır. Onlardan biri 500, digəri isə 330 kV-luq xətlərdir. Hazırda Gürcüstan lazım olan enerjini özündə saxlayır, digər hissəsini isə Türkiyəyə ötürür. Planımızda var ki, 330 kV-luq xətti ikidövrəli edək. Yəni, daha bir 330 kV-luq paralel xətt çəkək", - deyə şirkət rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi