Bakı. 24 oktyabr. REPORT.AZ/ İtaliyanın “Eni” enerji konserni Qara dənizin şelfində karbohidrogen yataqlarının axtarışına dair Rusiyanın “Rosneft” dövlət şirkəti ilə müştərək layihədən çıxıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya və İtaliya Baş nazirləri Dimitri Medvedyev ilə Cuzeppe Konte arasında qarşıdakı görüş ərəfəsində Rusiya hökumətindəki mənbə bildirib.
Həmçinin Barens dənizi şelfində də müştərək layihələrin dayandırılması gündəmdədir.
Bu ilin mart ayında “Qara dənizin qərb sahəsi” adlı lisenziyalı ərazidə ilk fövqəldərin kəşfiyyat quyusunun qazılması tamamlandıqdan sonra “Eni” layihədən çıxmaq hüququndan istifadə etmişdi.
2012-ci ildə iki şirkət həmin sahələrdə kəşfiyyat və hasilat işləri aparmaq üçün müştərək müəssisə yaratmaq barədə razılığa gəlmişdi. Həmin layihələrdə 33,33 faizlik paya sahib olan “Eni” şərtlərə görə, komersiya əhəmiyyətli karbohidrogen yatağı kəşf edilənədək geoloji kəşfiyyat işlərini bütövlüklə maliyyələşdirəcəkdi.
Bu ilin may ayında “Rosneft” italiyalı tərəfdaşlarının müştərək layihələrdən çəkilməsi barədə xəbərləri təkzib edərək, beynəlxalq sanksiyalar imkan verənədək əməkdaşlığı davam etdirmək arzusunda olduğunu bildirmişdi.