Energetika sektorunda hərtərəfli islahatların aparılması üçün qanunvericilik bazası hazırlanacaq

Energetika
  • 22 oktyabr, 2018
  • 05:25
Energetika sektorunda hərtərəfli islahatların aparılması üçün qanunvericilik bazası hazırlanacaq

Bakı. 22 oktyabr. REPORT.AZ/ EnergetikaNazirliyi energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərininformalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dairqanunvericilik bazasının hazırlanması işlərinin satınalınması məqsədi ilə tenderelan edib.

EnergetikaNazirliyindən “Report”a verilən məlumata görə, tenderdə iştirak haqqı 1 100 manatdır.  

İddiaçılartenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatıistisna olmaqla) 23 noyabr 2018-ci il saat 12:00-a qədər, tender təklifi vəbank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 dekabr 2018- ci il saat 11:00-aqədər Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsusbinanın 13-cü mərtəbəsində yerləşən ofisinə (ümumi şöbəyə) təqdim etməlidirlər.

İddiaçılarıntəklifləri 7 dekabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Heydər Əliyevprospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsindəyerləşən ofisində açılacaq.

İddiaçılarınsəlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

44 filmi