Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib

Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib Bakı. 14 sentyabr. REPORT.AZ/ Energetika Nazirliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və “Equinor” şirkətinin nümayəndələrinin iştirakı ilə alternativ və bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti və bu mənbələrdən istifadə sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə dair iclas keçirilib.
Energetika
14 Sentyabr , 2018 16:53
Energetika Nazirliyi “Equinor” şirkəti ilə bərpa olunan enerji mənbələrinin inkişafını müzakirə edib
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ Energetika Nazirliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və “Equinor” şirkətinin nümayəndələrinin iştirakı ilə alternativ və bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti və bu mənbələrdən istifadə sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə dair iclas keçirilib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, ölkədə alternativ və bərpa olunan enerji mənbələri üzrə həyata keçirilən layihələr, prioritetlər və planlar barədə məlumat verilərək bildirilib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq məqsədi ilə alternativ və bərpa olunan enerji sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərin keçirilməsində məqsəd “Equinor” şirkəti ilə alternativ enerji sahəsinin inkişafına təkan verəcək layihələrin birgə həyata keçirilməsinə nail olmaqdır.

“Equinor” şirkətinin meneceri Andres Yestad isə deyib ki, təmsil etdiyi şirkət gələcəkdə alternativ enerji layihələrinə daha çox investisiya yatırmağı planlaşdırır və 2030-cu ilə qədər investisiyaların 15%-i məhz bərpa olunan enerji layihələrinə yönəldiləcək.

Sonra “Equinor” şirkətinin “Yeni Enerji həlləri” mövzusunda təqdimatı dinlənilib.

Tədbirdə “Azərbaycanın alternativ enerji potensialı”, “Alternativ enerji layihələri və investisiya imkanları” barədə məruzələr edilib. Bildirilib ki, artıq 30-a yaxın sosial obyektdə bərpa olunan enerji mənbələri ilə bağlı layihələr həyata keçirilib. Bu sahənin inkişaf etdirilməsi üçün “Tik-təhvil ver” modelinin tətbiqinin vacibliyi və yeni qanun layihəsinin hazırlandığı qeyd edilib.

Müzakirələrin yekununda ikitərəfli əməkdaşlıq üçün perspektiv sahələrin seçilməsi, “Equinor” şirkəti tərəfindən əməkdaşlığa dair konkret təkliflərin təqdim edilməsi, gələcəkdə Energetika Nazirliyi ilə şirkət arasında əməkdaşlığa dair müqavilənin imzalanması məsələsinə baxılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi