Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb Energetika naziri Pərviz Şahbazov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni qəbul edib.
Energetika
196
20 Noyabr , 2020 16:58
Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni qəbul edib.

Bu barədə "Report"a Nazirlikdən bildirilib.

Məlumata görə, nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb, Azərbaycan və Pakistan arasında möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edib, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirilmiş əks-hücum əməliyyatı zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın siyasi, mənəvi dəstəyinə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Səfir öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib, Pakistanın hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. O, hərbi əməliyyatların dayandırılması barədə tərəflər arasında imzalanmış bəyanatı alqışladığını, bu sənədin bölgədə sabitliyə və inkişafa yol açacağına inamını vurğulayıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağıə fikir mübadiləsi aparılıb, Azərbaycan və Pakistan arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələlər nəzərdən keçirilib, enerji sektorunda investisiya imkanları və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Pərviz Şahbazov və Bilal Haye
Pərviz Şahbazov və Bilal Haye

Son xəbərlər

Orphus sistemi