Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa Liqasının hazırlığına başlayıb
Komanda
- 05 may, 2026
- 16:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasının hazırlığına start verib.
Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən komanda bu gündən etibarən Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.
Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir.
Hazırlıq proqramına əsasən, komanda Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-də Bakıda baş tutacaq.
Son xəbərlər
18:40
Foto
"Kəpəz" – "Qarabağ" matçında azarkeş izdihamı - FOTOSESSİYA
Komanda
18:26
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Digər ölkələr
18:17
İranın ticarət gəmilərinə hücumları Hörmüz boğazında gəmi trafikini azaldıb
Digər ölkələr
17:58
İndoneziyada fabrikdə yanğın nəticəsində ölənlərin sayı durmadan artır - Yenilənib
Digər ölkələr
17:52
"BepiColombo" kosmik aparatı Merkurinin orbitinə daxil olub
Elm və təhsil
17:31
Foto
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
Futbol
17:14
Azərbaycan Basketbol Liqasında I turdan təxirə salınmış oyun keçirilib
Komanda
17:10
Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
Digər ölkələr
16:56
Video
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub
Digər ölkələr