Azərbaycanda istilik itkilərinin xüsusi çəkisi cüzi azalıb

Energetika
  • 05 may, 2026
  • 16:35
Azərbaycanda istilik itkilərinin xüsusi çəkisi cüzi azalıb

2025-2026-cı illər istilik mövsümündə "Azəristiliktəchizat" ASC-nin itkilərinin xüsisi çəkisi 12,9 % təşkil edib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu, əvvəlki mövsümlə müqayisədə 0,1 faiz bəndi azdır.

Hazırda səhmdar cəmiyyətinin yığım göstəricisi 70 %-ə yaxındır.

Mövsüm ərzində "Azəristiliktəchizat" ASC-nin balansında olan 549 qazanxana, 87 istilik məntəqəsi, 2 yüksəldici nasos stansiyası və bu obyektlərdə quraşdırılmış 1309 qazan qurğusu, 3450 mühərriklə birgə nasos avadanlığı,1000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri istismar olunmaqla ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğulara xidmət göstərilib.

Qeyri-əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətlərinin tarifləri sayğac quraşdırıldığı halda 1 Qkal üçün - 65,65 manat, sayğac quraşdırılmadığı halda istehlakçıya məxsus tikinti obyektinin 1 kub metr həcmi üçün - 0,38 manat müəyyən edilib.

Tarif (Qiymət) Şurasının 30 iyul 2025-ci il tarixli qərarı ilə əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 21 manat, sayğac quraşdırılmadığı halda isə istehlakçıların mənzilinin ümumi sahəsinin 1 m2 üçün ƏDV daxil olmaqla 0,45 manat müəyyən edilib.