Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək

Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Energetika
20 Sentyabr , 2018 11:30
Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
Pərviz Şahbazov

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. 

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Bu ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 mln. barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Son xəbərlər

Orphus sistemi