Energetika naziri COVID-19 pandemiyasının ölkənin enerji sektoruna təsirindən danışıb

Energetika naziri COVID-19 pandemiyasının ölkənin enerji sektoruna təsirindən danışıb COVID-19 pandemiyası və bununla əlaqədar qlobal tələbatın və neft qiymətlərinin bu və ya digər dərəcədə aşağı düşməsi Azərbaycan da daxil olmaqla bütün neft və qaz istehsal edən ölkələrin yanacaq-enerji kompleksinə mənfi təsir göstərib.
Energetika
102
20 Sentyabr , 2021 15:42
Energetika naziri COVID-19 pandemiyasının ölkənin enerji sektoruna təsirindən danışıb
Pərviz Şahbazov

COVID-19 pandemiyası və bununla əlaqədar qlobal tələbatın və neft qiymətlərinin bu və ya digər dərəcədə aşağı düşməsi Azərbaycan da daxil olmaqla bütün neft və qaz istehsal edən ölkələrin yanacaq-enerji kompleksinə mənfi təsir göstərib.

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, karbohidrogenlərə tələbat azaldıqca, xam neftin qiyməti kəskin aşağı düşüb və neft şirkətləri yeni şəraitə uyğunlaşmaq üçün müxtəlif tədbirlər görməyə başlayıblar.

O bildirib ki, beynəlxalq enerji təşkilatlarının məlumatına görə, 2020-ci ildə dünyada neftə olan tələbat 2019-cu illə müqayisədə gündəlik təxminən 8,8 milyon barel, dünya neft tədarükü isə gündəlik 6,6 milyon barel azalıb: “Bundan əlavə, 2020-ci ildə dünyada təbii qaza olan tələbat təxminən 75 milyard kubmetr azalıb”.

Azərbaycanın yanacaq-enerji kompleksinə COVID-19 pandemiyasının təsirindən danışan energetika naziri qeyd edib ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin bir ölkədir: “Bu resurslar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Bu səbəbdən, bu resursları səmərəli idarə etmək, bu sahədə baş verən hər hansı bir dəyişikliyi izləmək və istənilən dəyişikliklərə vaxtında reaksiya vermək vacibdir”.

Son xəbərlər

Orphus sistemi