EIA I rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

EIA I rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb Proqnoz fevral ayında verilən proqnozdan 7,14 % çoxdur
Energetika
10 Mart , 2021 10:05
EIA I rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin birinci rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozuna dəyişiklik edib.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – March 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu proqnoz daha öncə fevral ayında verilən proqnozdan 50 min barel və ya 7,14 % çoxdur.

Həmçinin, bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,6 % azdır. 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 60 min barel və ya 8,7 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 730 min barel təşkil edirdi.

Son xəbərlər

Orphus sistemi