EİA Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb

EİA Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır
Energetika
10 Sentyabr , 2020 11:10
EİA Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook - September 2020” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcək. Bu, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,3% azdır.

2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 100 min barel və ya 13% azalıb. 2019-cu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə də bu rəqəm 100 min barel azdır.

EIA-ın yenilənmiş proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 700 min barel təşkil edəcək ki, bu da ötən ilin axırıncı rübün göstəricilərindən 60 min barel və ya 7,9% çoxdur. 

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi