EİA 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatını açıqlayıb

EİA 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatını açıqlayıb 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır
Energetika
7 Oktyabr , 2020 10:34
EİA 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatını açıqlayıb

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook - October 2020” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 50 min barel və ya 6,5% azdır. 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 20 min barel və ya 2,8% çoxdur.

Agentliyin hesabatına əsasən, 2021-ci ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunun 740 min barel olacağı gözlənilir. Bu, 2020-ci ilin ikinci rübü ilə müqayisədə 40 min barel və ya 5,7% çoxdur.

Agentlik hesab edir ki, növbəti ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 750 min barel olacaq. Bu isə 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 80 min barel və ya 11,9% çoxdur.

Növbəti ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun da üçüncü rübdə olduğu qədər, yəni 750 min barel olacağı açıqlanıb. Bu isə bu ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,14% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır. 2020-ci il üçün bu proqnoz göstərici 710 min barel təşkil edir.

Son xəbərlər

Orphus sistemi