Əfqan İsayev: "SOCAR qabaqlayıcı texniki xidmətdə süni intellektdən istifadə edəcək"
Energetika
- 17 may, 2024
- 13:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qabaqlayıcı texniki xidmətdə süni intellektdən istifadə etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu sistemin tətbiqində əsas məqsəd sıxıntıların qarşısını almaqdır:
"Bununla biz qabaqlayıcı texniki xidmət göstərəcəyik. Bu sistemin hazırlanmasında beynəlxalq şirkətlərin də təcrübələri ilə tanış olduq. Bundan başqa, ekoloji idarəetmə sistemimizi yeniləyirik. Yeni tələblərə uyğunlaşdırırıq. Burda yeni texnologiyalar tətbiq ediləcək".
Ə.İsayev əlavə edib ki, süni intellektin tətbiqinə 2025-ci ildən başlanılacaq.
Son xəbərlər
00:11
Foto
Serbiyada növbədənkənar parlament seçkiləri başa çatıb - Yenilənib-2
Digər ölkələr
23:57
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Digər ölkələr
23:32
Serbiyada Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Digər ölkələr
23:22
Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
Digər ölkələr
23:14
Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"
Fərdi
23:05
Beşqat dünya çempionu Eldəniz Əzizli: "Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi"
Fərdi
22:23
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
22:05
Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb
Digər ölkələr
21:40
Tramp İranla bağlı kəşfiyyat məlumatlarında ziddiyyətlərin olduğunu bildirib
Digər ölkələr