“Drujba” boru kəmərində yenidən çirkli neft aşkar edilib

Energetika
  • 20 iyun, 2019
  • 10:56
“Drujba” boru kəmərində yenidən çirkli neft aşkar edilib

“Drujba” boru kəmərinin Polşadan keçən hissəsində yenidən neft çirklənməsi aşkar edilib.

“Report”un RBK-ya istinadən verdiyi məlumata görə, neftdə xlororqanikin həddindən artıq norması “Adamovo zavtava” qəbul nöqtəsində aparılan analizlərdən sonra aşkar edilib.

Çirkli neftin nümunəsi iyunun 19-da, saat 15:00-da götürülüb.

Boru kəmərinin bu hissəsi ilə neftin nəqli dayandırılıb.