Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində küçələrin işıqlandırılması ilə bağlı layihə həyata keçirilə bilər.
“Report” xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin bu gün “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi görüşdə müzakirə obyekti olub.
Dövlət başçısı yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirib və növbəti mərhələdə adı çəkilən şəhərlərdə də də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan İ.Əliyev bildirib ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.