Çinin enerji şirkəti Azərbaycanda filialını açıb

Energetika
  • 13 sentyabr, 2024
  • 07:31
Çinin enerji şirkəti Azərbaycanda filialını açıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “China Energy İnternational Group Co., LTD” şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

“Report” DVX-ya istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.1/8, “Adore Plaza”, IV mərtəbədir.

Şirkətin qanuni təmsilçi Çin vətəndaşı Zhou Lindir.

Xatırladaq ki, “China Energy İnternational Group Co., LTD” Azərbaycanda həyata keçiriləcək müxtəlif enerji, o cümlədən "yaşıl enerji" layihələrində yaxından iştirak etmək niyyətindədir. Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş Azərbaycan ərazisində bərpa olunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və digər məsələləri nəzərdə tutur.

Qeyd edək ki, “China Energy International Group Co.” müxtəlif ölkələrdə “yaşıl enerji” və aşağı karbon enerjisi sahəsində fəaliyyət göstərir. Şirkət sənaye zəncirində enerji həlləri təqdim edir. Şirkətin 147 ölkədə 256 filialı var. Şirkət hazırda 416 enerji layihəsini həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti