Çində neftayırmanın həcmi artır

Çində neftayırmanın həcmi artır Çində neftayırma həcminin artması neftə tələbatın və qiymətlərinin yüksək səviyyəsi ilə təşviq edilir.
Energetika
15 Noyabr , 2021 13:51
Çində neftayırmanın həcmi artır

Çində neftayırma həcminin artması "qara qızıl"a tələbatın və qiymətlərinin yüksək səviyyəsi ilə təşviq edilir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Milli Statistika Bürosunun (NBS) hesabatına görə, neftayırmanın gündəlik həcmi sentyabr ayında 16 aylıq minimum olan 13,64 milyon barel, oktyabr ayında isə 13,75 milyon barel olub ki, bu da ötən ilin oktyabr ayına nisbətən 3 faiz azdır.

Eyni zamanda, bu ilin 10 ayı ərzindəki neftayırmanın ümumi həcmi 585,15 milyon ton, yəni ötən ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artıq olub.

Qeyd edək ki, yüksək tələbat və məhdud təklif səbəbindən avqust ayının ortalarından neft məhsulları bahalaşır. Oktyabrın sonunda hökumət dövlət yanacaq ehtiyatlarını işə saldığını açıqlayandan sonra ölkənin cənubunda benzin və dizel yanacağı 30 faizdən çox bahalaşıb.

Son xəbərlər

Orphus sistemi