Cənubi Koreya Türkiyədə 4 nüvə reaktoru tikmək istəyir

Cənubi Koreya Türkiyədə 4 nüvə reaktoru tikmək istəyir Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Çon Son İl Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzə bu ölkədə ümumi dəyəri 30 milyard ABŞ dollardan çox olan 4 nüvə reaktorunun tikintisi üçün ilkin müraciət edib.
Energetika
31 Yanvar , 2023 11:10
Cənubi Koreya Türkiyədə 4 nüvə reaktoru tikmək istəyir

Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Çon Son İl Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzə bu ölkədə ümumi dəyəri 30 milyard ABŞ dollardan çox olan 4 nüvə reaktorunun tikintisi üçün ilkin müraciət edib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya bu layihənin həyata keçirilməsi üçün ətraflı plan təqdim edib. KEPCO bu il nüvə obyektinin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq və müqavilə imzalamaq niyyətindədir.

Xatırladaq ki, Cənubi Koreya şirkəti hələ 2022-ci ildə Türkiyə hökuməti ilə ölkənin şimalında atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başlayıb. Nüvə reaktorlarının 1 400 MVt elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi