Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib

Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti 2024-cü ilin yanvar-avqust aylarında Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 1,1 milyard kubmetr qaz hasil edib.
Energetika
10 Sentyabr , 2024 13:16
Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib

JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti 2024-cü ilin yanvar-avqust aylarında Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 1,1 milyard kubmetr qaz hasil edib.

Bu barədə "Report"a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

“Əməliyyat məlumatlarına görə, bu il “Abşeron” yatağından 1,1 milyard kubmetr təbii qaz və 400 min ton kondensat hasil edilib”, - qurumdan bildirilib.

Xatırladaq ki, 2023-cü ildə “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edilib. Beləliklə, ümumilikdə, istismara verilən vaxtdan indiyədək yataqdan 1,9 milyard kubmetr qaz və 700 min ton kondensat hasil edilib.

2024-cü ildə “Abşeron” yatağından 1,5 milyard kubmetr qaz və 523 min ton kondensat hasil ediləcəyi gözlənilir.

Qeyd edək ki, 10 iyul 2023-cü il tarixində “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan ediblər.

Hazırda hasilat "Abşeron" yatağından hasilatın birinci mərhələsi çərçivəsində aparılır. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.

Xatırladaq ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.

Son xəbərlər

Orphus sistemi