Bu il üçün sonuncu yaşayış məntəqəsinə qaz verilib
Energetika
- 28 dekabr, 2019
- 12:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 28-də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu il qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.
Qeyd edək ki, ümumilikdə, 8 607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.
Son xəbərlər
20:34
İsveçrəlilər referendumda silah ixracının sadələşdirilməsini dəstəkləyib - Yenilənib-2
Digər ölkələr
20:21
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Region
20:01
Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir
Region
19:36
Yeddi OPEC+ ölkəsi 2027-ci ilin yanvarında neft hasilatı kvotalarını saxlayıb – Yenilənib
Energetika
19:19
Foto
Azərbaycan nümayəndələri Daşkənddə Özbəkistanın tarixi, mədəniyyəti ilə tanış olub
Mədəniyyət siyasəti
19:05
Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Hadisə
18:55
Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Futbol
18:47
Foto
"Azərbaycanı kəşf et" təşəbbüsü çərçivəsində Qaranohur gölünə yürüş təşkil olunub
Ekologiya
18:25
Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb
Digər ölkələr