Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 3 % artıb

Energetika
  • 27 noyabr, 2023
  • 12:38
Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 3 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 190,705 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Bu, 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 5,577 milyon barel və yaxud 3 % çoxdur.

Bu ilin oktyabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,028 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon 721 min barel və yaxud 8,3 % azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti