Bu il SOCAR neft ixracını 2 dəfədən çox artırıb

Energetika
  • 16 oktyabr, 2023
  • 12:23
Bu il SOCAR neft ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 16,7 milyon tona yaxın neft ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayı üzrə operativ məlumatlarında deyilir. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ton və ya 2,1 dəfə çoxdur.

Bildirilir ki, hesabat dövründə Azərbaycandan xarici ölkələrə 19 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.Bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 0,7 milyon ton və ya 3,6 % azdır.

İxrac olunan neftin 16,7 milyon tona yaxını Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. Bu da illik müqayisədə 1,9 milyon və ya 10,2 % azdır.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti