Bu il SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 2,8 dəfə artırıb

Energetika
  • 01 iyul, 2022
  • 08:14
Bu il SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 2,8 dəfə artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 243,1 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Bildirilir ki, bu, 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 157,6 milyon ABŞ dolları və ya 2,8 dəfə çoxdur.

2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.