Bu il İtaliya Azərbaycandan qaz idxalını 9 % artırıb
- 09 oktyabr, 2024
- 14:00
Bu ilin yanvar-iyul aylarında İtaliya 229,381 min teracoul (TJ) Azərbaycan qazı idxal edib.
“Report” bu barədə Avropa İttifaqının (Aİ) Statistika İdarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünün göstəricisindən 8,95 % çoxdur.
Hesabat dövründə dəyər ifadəsində İtaliyanın idxal etdiyi qazın həcmi 1 milyard 956,629 milyon avro (1,6 dəfə az) təşkil edib.
Qeyd edək ki, bu ilin 7 ayı ərzində Aİ ölkələri Azərbaycandan 2 milyard 484,16 milyon avro məbləğində (35,5 % az) 297,765 min TJ (5,5 % çox) qaz idxal edib. Beləliklə, İtaliyaya tədarükün payı 77 % təşkil edib.
İyulda İtaliyaya 316,764 milyon avro məbləğində (22,1 % çox) 33,284 min TJ (12 % çox) tədarük edilib.
Azərbaycanın Avropanın 8 ölkəsi ilə - İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiya qaz tədarükü müqaviləsi var.
Bu ildə Azərbaycan qazının ixracı 25 milyard kubmetr həcmində proqnozlaşdırılır, Avropaya isə 12,5 milyard kubmetr qaz tədarük edilməsi planlaşdırılır.