Bu il “Azəriqaz” 99 yaşayış məntəqəsinə qaz verib

Bu il “Azəriqaz” 99 yaşayış məntəqəsinə qaz verib Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.
Energetika
13 Noyabr , 2018 15:49
Bu il “Azəriqaz” 99 yaşayış məntəqəsinə qaz verib

Bakı. 13 noyabr. REPORT.AZ/ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 2 848 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 208,8 km qaz kəməri əsaslı təmir olunub.

Bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 99 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi