Bu ilin üç rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.
“Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000 barel), “Mərkəzi Azəri” (133 000 barel), “Qərbi Azəri” (121 000 barel), “Şərqi Azəri” (92 000 barel), “Dərinsulu Günəşli” (95 000 barel) və “Qərbi Çıraq” (59 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub”, məlumatda deyilir..
Bildirilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. “Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb", - məlumatda bildirilir.
Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%),
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.