Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 2 % artıb, əmtəəlik neft hasilatı 8 % azalıb

Energetika
  • 17 may, 2023
  • 13:57
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 2 % artıb, əmtəəlik neft hasilatı 8 % azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 16 milyard 142,1 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 12 milyard 215,2 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 2,5 %, əmtəəlik qaz hasilatı isə 1,9 % artıb.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10 milyon 227,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 10 milyon 202,5 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2022-ci ilin 4 ayı ilə müqayisədə 8 % (əmtəəlik neftin həcmləri isə 8 %) azalıb.