Bu il Azərbaycan metanol istehsalını 5 %-dən çox artırıb

Energetika
  • 17 dekabr, 2024
  • 11:45
Bu il Azərbaycan metanol istehsalını 5 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 468,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin 11 aylıq göstəricisi ilə müqayisədə 5,1 % çoxdur.

Bu il dekabrın 1-nə 12,7 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti