BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 45 %-dən çox artıb

Energetika
  • 14 dekabr, 2022
  • 13:00
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 45 %-dən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 34 milyon 418,9 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-noyabr ayları ilə nisbətən 7,4 % çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində nəqletmənin 78,8 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayları ərzində BTC vasitəsilə 27 milyon 121 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 11 ayı ilə müqayisədə 12,5 % çoxdur..

Dövr ərzində BTC kəməri ilə 4 milyon 668,9 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 11 ayının göstəricisi ilə müqayisədə 45,36 % çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti