BTC ilə tranzit neftinin nəqli 37% artıb

BTC ilə tranzit neftinin nəqli 37% artıb Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 32 mln. ton neft ötürülüb
Energetika
14 Oktyabr , 2017 16:24
BTC ilə tranzit neftinin nəqli 37% artıb

Bakı. 14 oktyabr. REPORT.AZ / Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32 072,8 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25 229,8 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 2,57% azdır. Dövr ərzində BTC kəməri ilə 4 805,7 min ton tranzit nefti də nəql edilib. Bu həcm isə ötən ilin müvafiq dövründən 37% çoxdur.

Son xəbərlər

Orphus sistemi