BP məktəblər üçün sahibkarlıq bacarıqları layihəsini yekunlaşdırıb

BP məktəblər üçün sahibkarlıq bacarıqları layihəsini yekunlaşdırıb Bu gün BP öz "Azəri-Çıraq-Günəşli", "Bakı-Tbilisi-Ceyhan", "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - TPAO, SOCAR, SGC, “LUKOİL”, “NİCO”, MOL, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – a
Energetika
14 May , 2024 15:42
BP məktəblər üçün sahibkarlıq bacarıqları layihəsini yekunlaşdırıb

Bu gün BP öz "Azəri-Çıraq-Günəşli", "Bakı-Tbilisi-Ceyhan", "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - TPAO, SOCAR, SGC, “LUKOİL”, “NİCO”, MOL, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – adından orta məktəblər üçün nəzərdə tutulmuş bir təhsil layihəsinin uğurla tamamlayıb.

“Report” xəbər verir ki, layihənin məqsədi məktəb yaşlarından uşaqlara sahibkarlıq və biznes liderliyinin əsaslarını aşılamaqda məktəblərə dəstək verməkdir.

Layihəyə 8-ci və 9-cu sinif şagirdləri üçün biznes və sahibkarlığın əsas prinsipləri haqqında təhsil materiallarının hazırlanması daxil idi. Bundan əlavə, proqram çərçivəsində kurs təlimatçılarına, eləcə də məktəb müəllimlərinə təlim keçmək məqsədilə müəllimlər üçün təlimat kitabçası da hazırlanıb.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif yerlərindən təxminən 34 müəllim təlimçi kimi hazırlanıb və onlar da öz növbəsində ölkə üzrə təxminən 600 STEAM müəlliminə təlim keçərək, onları məktəblərdə sahibkarlığın əsaslarının tədris edilməsi üçün lazımi biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediblər. Təlim proqramları sahibkarlıq düşüncə tərzi və bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin inkişafı, biznes ideyalarının hazırlanması, sosial sahibkarlığın tədqiqi, maliyyə savadlılığı, yaradıcı düşüncə və problemlərin həlli kimi mövzuları əhatə edib.

Daha sonra təlim keçmiş müəllimlər ölkənin 51 rayonunda 150 STEAM məktəbində ümumilikdə təxminən 8 000 şagird üçün dərslər və digər tədris fəaliyyətləri həyata keçiriblər. İnteraktiv sessiyalar vasitəsilə şagirdlər biznes planlarının hazırlanması, bazarların təhlili və biznes imkanlarının müəyyənləşdirilməsi üzrə xüsusi təlim keçiblər.

On iki ay davam edən layihənin ümumi dəyəri 74 450 manat (43 800 ABŞ dolları) təşkil edib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin məqsədinin məktəbliləri müasir və innovativ sahibkarlığın əsasları və təməl bilikləri ilə tanış etməyə başlamaqdan ibarət olduğunu deyib: "Bu, həm də onların dəyişikliklərə və innovasiyalara rəhbərlik etmək, ideyalar irəli sürmək və onları həyata keçirməyin praktiki yollarını tapmaqda öz bacarıqlarına inamını artırmağa yönəlib. Bunlar sürətlə dəyişən dünyada karyera yolunu seçmək və gələcəyini qurmaq üçün hər bir şagirdin ehtiyacı olacağı bacarıqlardır. Ümid edirik ki, layihə çərçivəsində təlim keçmiş müəllimlər öz şagirdlərinə gələcək karyera hədəflərini müəyyən etmək üçün lazım olan inamı və bu məqsədlərə çatmaq həvəsini aşılaya biləcəklər.”

Son xəbərlər

Orphus sistemi