Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün “BP-Azerbaijan” şirkəti və
“Report” xəbər verir ki, bu barədə şirkət və nazirliyin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, bu memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.
İmzalanma mərasimində energetika naziri
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, şirkət ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırdır və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyir.
“Biz 20 ildən artıqdır dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq”,- Q.Counz əlavə edib.