BP ACE platformasından yeni hasilat quyusunun qazılmasına başlayır

Energetika
  • 14 avqust, 2024
  • 12:55
BP ACE platformasından yeni hasilat quyusunun qazılmasına başlayır

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı yeni “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından 3-cü hasilat quyusunun qazılmasına başlayıb.

Bu barədə "Report"a “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.

“Bu il yeni ACE platformasındakı 3 quyudan hasilat planlaşdırılır. 1-ci quyu bu ilin aprelində istismara verilib. Daha sonra ikinci quyuda başlanan qazma işləri bu günlərdə başa çatıb və quyu avqustun 11-də istismara verilib”, - o bildirib.

T.Bayatlının sözlərinə görə, bu quyudan hasilatın həcmi tədricən artacaq.

“ACE platformasından artıq üçüncü hasilat quyusunun da qazılmasına başlanılıb”, - menecer qeyd edib.

BP-nin məlumatına görə, bu ilin sonuna qədər 3 hasilat quyusu hesabına ACE platformasından gündəlik 24 min barel neft hasilat olunacaq.

Qeyd edək ki, ACE layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır.

Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti