Bloomberg: Azərbaycan OPEK-in hasilatın azaldılmasına dair sammitində iştirak edəcək

Bloomberg: Azərbaycan OPEK-in hasilatın azaldılmasına dair sammitində iştirak edəcək Danışıqlar noyabrın 28-də aparılacaq
Energetika
23 Noyabr , 2016 22:47
Bloomberg: Azərbaycan OPEK-in hasilatın azaldılmasına dair sammitində iştirak edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan və Meksika OPEK-in noyabrın 28-də keçiriləcək neft hasilatının məhdudlaşdırılmasına dair danışıqlarında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istindən "Bloomberg" məlumat yayıb.

Məlumatda, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanın da OPEK-in hasilatın məhdudlaşdırılması üzrə razılaşmasına qoşulacağını gözləyir.

Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 28-də OPEK-in məsləhətləşmələrində iştirak edəcəyini bildirib.

Başqa bir mənbənin məlumatına görə, Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr hər hansı bir vəd verməmişdən öncə razılaşma haqqında daha çox detal əldə etməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi