Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusunda III Avrasiya Konfransı işə başlayıb.
“Report”un məlumatına görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov enerji sahəsində qlobal dəyişikliklərin baş verdiyini və bunun digər sahələrdə də köklü dəyişikliklərə səbəb olduğunu qeyd edib.
O, enerji sahəsinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu xatırladıb və bu istiqamətdə bir sıra sənədlərin qəbul edildiyini diqqətə çatdırıb.
Azərbaycanda sənayenin inkişafı üçün sənaye məhəllələrinin yaradıldığını bildirən nazir müavini Sumqayıt Kimya Səneya Parkında fəaliyyət göstərəm “SOCAR Polymer” MMC-nim fəaliyyətinin vacibliyini vurğulayıb.