Bakıda 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku 2018” tədbiri keçirilir

Bakıda 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku 2018” tədbiri keçirilir Bakı. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər dənizində həyata keçirdiyi uğurulu enerji layihələri sayəsində etibarlı tərəfdaşa çevrilib".
Energetika
20 Sentyabr , 2018 09:38
Bakıda 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku  2018” tədbiri keçirilir
Report/ Elchin Murad

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər dənizində həyata keçirdiyi uğurulu enerji layihələri sayəsində etibarlı tərəfdaşa çevrilib".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxış edən energetika naziri Pərviz Şahbazov deyb.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinə olan marağı onun region üçün əhəmiyyətini göstərir. 

"Cənub Qaz Dəhlizinə (CQD) ilkin mərhələdə şübhə ilə yanaşanlar da artıq onun əhəmiyyətini anlayırlar. CQD Avropanın enerji təchizatının şaxələndirilməsində böyük rol oynayır. Məhz bu layihə çərçivəsində Bolqarıstanın təbii qaza olan tələbatının 30-35%-i, İtaliyanın isə ilkin mərhələdə 10%-i təmin olunacaq. Növbət mərhələdə isə CQD bu ölkənin enerji habına çevrilməsinə şərait yaradacaq. Gələcəkdə layihə vasitəsi ilə nəinki "Şahdəniz" yatağının qazı, həmçinin digər yataqlardan hasil olunan "mavi yanacaq" da dünya bazarlarına çıxarılacaq", - o qeyd edib. 

Nazir Azərbaycanın gələcək enerji siyasəti ilə bağlı da danışıb və deyib ki, ölkədə bərpa olunan enerji mənbələrinin sayının artırılması istiqamətində işlər görüləcək. 

.

Son xəbərlər

Orphus sistemi