Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-dən çox artıb

Energetika
  • 14 sentyabr, 2023
  • 07:28
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-dən çox artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 27 milyard 109,8 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə 2022-ci ilin 8 ayına nisbətən 6,2 % artım müşahidə olunub.

Hesabat dövrünə qaz nəqlinin 53,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 14 milyard 589,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,4 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti