​Bakıda enerji forumu keçiriləcək

​Bakıda enerji forumu keçiriləcək Tədbir yanacaq-enerji kompleksində effektivliyin artırılması, davamlı inkişafın təmin olunması üçün etibarlı idarəetmə sisteminin yaradılmasıdır
Energetika
2 Oktyabr , 2014 17:14
​Bakıda enerji forumu keçiriləcək
Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə noyabrın 13-14-də Bakıda enerji forumu keçiriləcək. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Forumun əsas mövzusu sistemli idarəetmə əsasında şirkətin davamlı inkişaf etdirilməsi, neft-qaz sahəsində çalışan təşkilatlarda beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin tətbiqi, inteqrasiyası və işləmə təcrübəsi ilə bağlıdır. Tədbirin əsas iştirakçıları Azərbaycan, Rusiya və Qazaxıstanın yanacaq-enerji kompleksi müəssisələrinin nümayəndələri olacaq.

Forumun məqsədi yanacaq-enerji kompleksində maraqlı olan müəssisələrin ekspert birliklərinin gücləndirilməsi vasitəsilə effektivliyin artırılması, təhlükəsiz və davamlı inkişafın təmin olunması istiqamətində etibarlı idarəetmə sisteminin yaradılmasıdır.

Forum zamanı sessiya şəklində “İdarəetmə sistemində beynəlxalq standartların inkişaf etdirilməsi”, “Gələcəyə baxış”, “Dəyirmi masa”, “İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqi təcrübəsi”, “İşçi münasibətlər birjası” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi