Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda qazma işlərinin aparılmasına hazırlıq görülür: "Artıq qazma işlərini həyata keçirəcək qurğu müəyyənləşdirilib. Bu, Qazaxıstandan Azərbaycana gətirilən "Sətti" özüqalxan üzən qazma qurğusudur. Hazırda bu qurğu BP şirkəti üçün qazma işləri ("Dayazsulu Abşeron"-REP.) ilə məşğuldur. Burada 3 quyunun qazılması nəzərdə tutulub. Bu səbəbdən də bu qurğunun “Babək” strukturunda qazma işlərinə başlayacağı dəqiq tarix məlum deyil. Ancaq bu il ərzində burada qazma işlərinə başlanılacaq”.
B. Hüseynov bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında da yeni quyuların qazılmasına hazırlıq işləri görülür.
Onun sözlərinə görə, “Ümid” yatağının 1 saylı platformasında quyu qazılacaq: “Bu yataqda ikinci platforma tikiləcək və orada da yeni quyuların qazılması nəzərdə tutulur".
Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu,
“Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.
2019-cu ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilib. Qurğu iyunun 20-də Bakıya gətirilib.