"Azneft" İB iki yeni tender elan edib

"Azneft" İB iki yeni tender elan edib Müsabiqələr çərçivəsində nasos kompressor boruları, avadanlıq və materialların alınması nəzərdə tutulub
Energetika
1 İyul , 2016 13:13
Azneft İB iki yeni tender elan edib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi iki müxtəlif satınalma müsabiqəsi elan edib. “Report”un əldə etdiyi məlumata görə, hər iki müsabiqədə iştirak haqqında müraciət iyulun 21-dək təqdim edilməlidir.

“Azneft” İB-nin elan etdiyi birinci tender qurumun idarələrinin tələb olunan nasos kompressor borularına (iki lot) olan tələbatını təmin etmək, digəri isə Dalma qurğularının təmiri və kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinə tələb olunan avadanlıq və materiallarına (üç lot) olan tələbi təmin etməklə bağlıdır.

“Azneft” İB idarələrinin nasos kompressor borularına olan tələbatını təmin etmək məqsədi ilə keçirilən açıq satınalma müsabiqəsində iştirak haqqı lot-1 üzrə 300 manat, lot-2 üzrə 500 manat, Eksperimental İstehsalat Müəssisəsinə tələb olunan avadanlıq və materiallarla bağlı tenderində isə lot-1 üzrə 118 manat, lot-2 üzrə 300 manat və lot-3 üzrə isə 118 manat təşkil edir.

Hər iki müsabiqə üzrə təkliflər avqustun 1-nə qədər təqdim edilməlidir və hər iki müsabiqənin zərfləri eyni vaxtda – avqustun 1-də açılacaq.

Birinci tender üzrə işlərin 60 gün, ikinci tender üzrə isə 75 gün ərzində yerinə yetirilməsi tələb olunur.

Son xəbərlər

Orphus sistemi