“Azneft” “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib

Energetika
  • 21 dekabr, 2021
  • 07:35
“Azneft” “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib

“Caspian Energy Club”un təşkil etdiyi sayca 6-cı “Caspian Business Award 2021” mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi “İlin neft və qaz hasilatçısı” nominasiyasında qalib elan edilib.

“Azneft”dən “Report”a verilən məlumata görə, təqdimat mərasimində çıxış edənq qurumun baş mühəndisi - baş direktorun I müavini Rövşən Qarayev İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırıb, "Azneft"in ölkə iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini, SOCAR-ın dəyərlərinə yeni dəyərlər qatdığını bildirib.

R.Qarayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində yeni neft strategiyasının icrasına başlanılıb, “Əsrin müqaviləsi” bağlanaraq dünya dövlətləri ölkəmizə sərmayə qoymağa başlayıblar: “Azərbaycan günü-gündən güclənərək öz iqtisadiyyatını, ordusunu müasir tələblər səviyyəsinə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əzmlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz dünyada tanınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun gücü ilə 44 günlük Zəfər savaşında torpaqlarımız azad edilib. Qarabağın parlaq gələcəyi, daha xoş günləri hələ irəlidədir".

“Caspian Business Award 2021” mükafatı "Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə" nominasiyasında SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, "İlin qazma şirkəti" nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti mükafatlandırılıb.

44 - Tezliklə