"Azəristiliktəchizat" son mövsümdə xidmət göstərdiyi obyektlərin sayını açıqlayıb

Energetika
  • 05 may, 2026
  • 15:32
Azəristiliktəchizat son mövsümdə xidmət göstərdiyi obyektlərin sayını açıqlayıb

"Azəristiliktəchizat" ASC 2025-2026-cı illər istilik mövsümündə Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana istismar edib.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, qurumun balansında olan 523, xidmət 26 qazanxana hesabına 3 833 yaşayış binası, təxminən 177 185 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti, 160 büdcədən maliyyələşdirilən digər təşkilatlar, 2 627 digər təsərrüfat obyekti, o cümlədən, respublikanın regionlarında 197 qazanxana, 588 yaşayış binası, 100 məktəb, 35 uşaq bağçası, 44 səhiyyə, 60 büdcədən maliyyələşdirilən digər təşkilatlar və 167 digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin edilib.

İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və regionlarda 41 qazanxana vasitəsilə 45 çoxmənzilli yaşayış binasında 3127 mənzil, 13 büdcə, 104 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edilir.