“Azərişıq” regionlarda yeni layihəyə start verib

 “Azərişıq” regionlarda yeni layihəyə start verib Bu ildən “Azərişıq” ASC ölkənin regionlarında yeni layihəyə start verib.
Energetika
24 Yanvar , 2022 15:05
 “Azərişıq” regionlarda yeni layihəyə start verib

Bu ildən “Azərişıq” ASC ölkənin regionlarında yeni layihəyə start verib.

Qurumdan "Report"a verilən məlumata görə, il ərzində 100-dən çox kənd və qəsəbənin elektrik enerjisi şəbəkəsi tamamilə yenidən qurulacaq.

Hazırda layihə çərçivəsində Sabirabadın Əliləmbəyli, Ağasən və Çöl Ağammədli kəndlərinin elektrik şəbəkələri yenidən qurulur. Bu kəndlərdə 1970-ci illərdən istismarda olan köhnəlmiş transformator məntəqələri, elektrik naqilləri, ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunur.

İşlərə başlanıldıqdan qısa müddət sonra Əliləmbəyli kəndində 210 evi qidalandıran, müxtəlif gücdə 5 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. 22 km-ə yaxın 0,4 kV-luq elektrik xətti yenilənib.

Ağasən və Çöl Ağammədli kəndlərində isə 7 ədəd müasir tipli kompleks transformator məntəqəsinin quraşdırılması planlaşdırılıb. Onlardan 3-ü artıq hazır vəziyyətə gətirilib.

Görülən işlər çərçivəsində hər 3 kəndin ərazisində 1600 ədəd dayaq basdırılıb, 39 km-ə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin, abonentlərin sayğacları yenilənir.

Layihənin icrası tam başa çatdıqdan sonra 3 kəndin 369 abunəçisinin elektrik enerjisi təchizatı yaxşılaşdıracaq.

Son xəbərlər

Orphus sistemi