“Azərişıq” Ermənistanın elektrik şəbəkəmizə vurduğu ziyanı açıqladı

“Azərişıq” Ermənistanın elektrik şəbəkəmizə vurduğu ziyanı açıqladı Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.
Energetika
7 Oktyabr , 2020 17:59
“Azərişıq” Ermənistanın elektrik şəbəkəmizə vurduğu ziyanı açıqladı

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.

Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumata görə, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.

Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq”da ilk gündən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişığ"ın əməkdaşları 24 saat növbətçilik əsasında göcləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sərhəd rayonlarına ezam olunan “Azərişığ”ın rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır. 

Son xəbərlər

Orphus sistemi